Koronavirusa yoluxmuş daha dörd xəstə sağalıb

Xəbərlər

18.03.2020 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

 

Məlumatda o da bildirilir ki, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır: "Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir".

 

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş