Koronavirusa qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

07.08.2022 - 20:34

Bir gündə COVID-19 əleyhinə 1424 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 424 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 934, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 196 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 829 027, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 862, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 345 731, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 255 918 təşkil edir.

Müəllif: Ayna.az