“Koronavirusa qarşı dərmanlar var”

Xəbərlər

29.01.2020 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “İİV-i müalicə edən dərmanlar koronavirusa da təsir edə bilər

 

Mövcud 30 adda tibbi preparat Çində vüsət alan təhlükəli koronavirusu müalicə edə bilər. AYNA xəbər verir ki, bu barədə “Эхо Москвы" radiostansiyasında çıxış edən Rusiya Dövlət Dumasının Təhsil və elm komitəsi sədrinin birinci müavini, həkim-epidemioloq Gennadi Onişenko açıqlama verib.

 

Mütəxəssis bildirib ki, cəmiyyətdəki təşvişə son vermək üçün həmin 30 dərmanın virusa təsiretmə gücünü yaymaq lazımdır: “Həmin qrupa daxil olan dərmandan 12 preparatı İİV-in müalicəsində (HİV) istifadə edirik. Bunların arasında “İndinavir” və “Sakvinavir” kimi dərmanlar da var. Bu dərmanların hamısı koronavirusa qarşı işləyir, müalicədə effektiv təsir edə bilər”.

 

Onişenkonun sözlərinə görə, yeni koronavirusun iki koronavirusun kombinasiyasından ortaya çıxdığı artıq elmi şəkildə təsdiq edilib: “Onlardan birinin mənbəyi yarasalar, ikincisi ilanlar (lentşəkilli krayt və kobra) hesab olunur. İlanlar yarasaları yeyir və bundan da virus mutasiyası meydana gəlib”.

 

O qeyd edib ki, 1965-ci ildən bəri nəzarətdə olan 39 koronavirus forması var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş