Koronavirus qurbanlarının sayı 1600-ü ötdü

Dünya

16.02.2020 - 11:52

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb. Onlardan 1665-i dünyasını dəyişib, 9419-u sağalıb və xəstəxanalardan evə buraxılıb.

 

 AYNA bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

 

Ayrıca Honkonqda 56 yeni yoluxma faktı qeydə alınıb (onlardan 1-i vəfat edib, 1-i sağalıb), Makaoda 10 infeksiyalı aşkar olunub (onlardan 3-ü artıq xəstəxanalardan buraxılıb), Tayvanda isə 18 nəfər bu virusa yoluxub (onlardan 1-i sağalıb).

 

Ölümcül virusa yoluxmaqda şübhəli bilinən 8228 nəfər karantində, 158,7 min nəfərdən çox insan isə xəstələnənlərlə əlaqədə olduğu üçün nəzarətdə saxlanılır.

 

Son sutka ərzində, dövlət komitəsinin məlumatına görə, 2009 yeni yoluxma faktı qeydə alınıb, fevralın 15-də xəstəxanalardan 1323 nəfər buraxılıb, 142 nəfər dünyasını dəyişib. Bununla yanaşı, ağır vəziyyətdə olan pasiyentlərin sayı 219-a çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş