Azərbaycanda son sutkada 32 min 720 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 544 439, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 787 910 təşkil edir.