Azərbaycanda son sutkada COVID-19-a qarşı 704 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 704 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 258, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 236, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 899 677, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 236, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 382 157, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 262 266 nəfər təşkil edir.