Konqoda gəmi qəzasında 50 nəfər itkin düşüb

Dünya

17.09.2024 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Qəzadan sonra 100-dən az adam xilas edilib

Konqo Demokratik Respublikasının cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb, daha 50 nəfər itkin düşüb.

AYNA xəbər verir ki, bu barədə “Agence France-Presse” Kvanqo əyalətinin vitse-qubernatoru Remi Sakiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, göyərtəsində 150 nəfərin olduğu gəmi körpünün dayağına çırpılaraq batıb.

O qeyd edib ki, 100-dən az adam xilas edilib, itkin düşənlərin axtarışı davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş