Kolumbiyada Şakiranın heykəli qoyuldu

Maraqlı

28.12.2023 - 12:06

Abidənin hündürlüyü 6.4 metrdir

Kolumbiyada dünya musiqisinin ulduzu Şakiranın anadan olduğu Barranquilla şəhərində onun şərəfinə bürünc heykəl ucaldılıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Hündürlüyü 6,4 metr olan heykəl rəssam Yino Markes tərəfindən hazırlanıb.

Barranquilla meri Hayme Pumahero Hayns sosial şəbəkələrdə abidənin açılış mərasiminin videosunu yayımlayıb. Mərasimdə Şakiranın valideynləri də iştirak ediblər.

Müəllif: Ayna.az