Qeyri-adi cəza: Maska taxmayanlar tabuta qoyulur - <font color=red> FOTOLAR</font>

Maraqlı

05.09.2020 - 17:46

Cəzalılar tabutdan çıxmaq üçün 100-ə qədər sayırlar

 

Bütün dünyada olduğu kimi İndoneziyada da COVID-19 virusuna yoluxanların sayı artır. Buna görə, əhaliyə yeni sanksiyalar tətbiq olunur. AYNA xarici mediaya istinadən xəbər verir ki, İndenoziyanın paytaxtı Cakartada ictimai yerlərdə maska taxmayan insanlar bir neçə dəqiqə tabuta girirlər.

 

Belə ki, qərara görə, istifadəsi məcburi olan maskaları taxmamaqla qaydaları pozan və başqalarının sağlamlığına təhlükə yaradan insanlar aşkar edilərək tabuta qoyulur. Cəzalılar tabutdan çıxmaq üçün 100-ə qədər sayırlar. Başqaları üçün nümunə olsun deyə cəzalılar tabuta ictimai yerlərdə girir və kənardan istəyənlər fotoşəkil çəkə bilir.

 

Cəza forması qısa müddətdə sosial mediada da diqqət çəkərək, gündəm mövzusuna çevrilib. Bu barədə danışan Şərqi Cakarta Asayiş Şöbəsinin Başçısı Budhy Novian, “COVID-19  ilə əsl tabutda yatma riski var” deyərək bu cəzan növünün vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, 190 min 665 COVID-19-a yoluxma faktı qeydə alınan ölkədə bu günə qədər 7940 nəfər vəfat edib.

Müəllif: Ayna.az