Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - FOTOLENT

Maraqlı

26.03.2024 - 21:53

800 illik tarixə şahidlik: imperiya, xanlıq, sultanlıq və respublika: bura Vətəndir

Azərbaycanın nadir kəndlərindən olan İlisu Qax şəhərindən 12 kilometrlik məsafədə yerləşir. Kürmükçay və Ağçay çaylarının birləşdiyi məkanda yerləşən kənd dağlar və meşəliklərlə əhatə olunub.

Alimlərin fikrincə, kənd bir yaşayış məskəni kimi XIII əsrdən formalaşıb. Sonradan ətraf yerlərdən buraya xeyli insan köç edib və İlisu böyük yaşayış məskəninə çevrilib.

Ərazi Səfəvilər İmperiyası və sonrakı dövrdə sultanlıq mərkəzi olub.

İlisu tarixi abidələr baxımından turistlərin ən çox gəldikləri məkanlardan biridir. Buranın tarixi abidələri sırasında Sumuq Qala, Ulu Körpü, Ulu Məscid, Şamil Qalası və digər qədim abidələr var.

Ölkə əhəmiyyətli tarixi abidə olan Sumuq Qala XVIII əsrdə İlisu kəndinin Bucaq məhəlləsində inşa edilib. Hərbi təyinatına görə müşahidə qülləsi olan bu qala çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən tikilib.

“Qorxma, mən səninləyəm” adlı məşhur bədii filmin bir neçə epizodu məhz bu qalada çəkilib.

İlisu kəndini əhatə edən dağlardan birinin üstündə yerləşən və XIX əsrin ortalarına aid edilən Qalaça abidəsi də tarixi ilə keçmişdən soraq verən abidələrdəndir. Dairəvi formaya malik qalaça keçmişdə İlisuya gələn bütün yolları nəzarətdə saxlamağa imkan verirdi.

Bu qalaça yerli əhali arasında Şamil Qalası kimi də tanınır və nadir tarixi-memarlıq abidəsi kimi qorunur. Şamil Qalasının xarabalıqlarından boylananda, Dağıstanla Azərbaycan arasındakı son yaşayış məntəqəsi olan Sarıbaş görünür.

Yay aylarında İlisu ən çox turist qəbul edən ərazilərimizdən birinə çevrilir. Tarixi abidələr və təbii gözəlliklərlə zəngin olan İlusu gün ərzində yüzlərlə turist qəbul edir. Qışda, soyuq aylarda isə burada sakitlik hökm sürür. Ərazidəki dükan, restoran və otellərin çox cüzi hissəsi qeyri-turist mövsümündə fəaliyyət göstərir.

AYNA oxucularına İlisudan çəkilmiş fotoları təqdim edir:

Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik - Yayda danışan, qışda susan kənd: qorxma, biz səninləyik -
Müəllif: İlham Mustafa