Dünyada ən çox orqan bağışlayanlar ispanlardır

Maraqlı

19.08.2021 - 17:08

Onlar dünyanın beş faizində kritik əməliyyatlarda lazımi orqanları təmin etməyi bacarıblar

 

Beynəlxalq Orqan Bağışlanması və Transplantasiyası Təşkilatı 2020-ci ildə bütün dünyada orqan bağışlama statistikasını ictimaiyyətlə paylaşıb. AYNA xarici dünya mediasına istinadən xəbər verir ki, yayımlanan rəsmi məlumatlara görə, dünyanın ən çox orqan bağışlayan millət ispanlardır.

 

Ölümdən sonra ən çox orqan bağışlayan ispanlar dünyanın 5 faizində kritik əməliyyatlarda lazım olan orqanları təmin etməyi bacarıblar.

 

Bununla bağlı ölkənin Səhiyyə Nazirliyindən açıqlama verilib: “Səhiyyə sahəsində yaşanan böhranlara baxmayaraq, İspaniya orqan bağışlanmasında dünya lideri olaraq öz mövqeyini qoruyur”. 

 

2019-cu ildə pandemiya səbəbi ilə dünyada orqan transplantasiyasında göstəricilər aşağı olub. Qardaş ölkə Türkiyə bu reytinqdə 53-cü yerdədir.

Digər tərəfdən, Türkiyə canlı orqan donoru olaraq Cənubi Koreyadan sonra ikinci yerdədir.

Müəllif: Ayna.az