31 işıq ili uzaqdadır
Amerika Aviasiya və Kosmos Agentliyi (NASA) uzaq bir günəş sistemində həyat üçün münbit şəraitə malik planet kəşf edib. AYNA moderator.az-a istinadən xəbər verir ki, məlumata görə, NASA-nın digər planet kəşf peyki "TESS" günəş sistemindən 31 işıq ili məsafədə "GJ 357 d" adı verilən bir planet kəşf edib.
Dünyadan təxminən 6 dəfə böyük olan planetin atmosfer təzyiqinin uyğun olması halında səthindəki suyun maye halına çevrilməsinə imkan verəcəyi də qeyd edilib.
Qeyd edək ki, kəşflə bağlı təfərrüatlar "Astronomy&astrophysics" adlı jurnalda dərc olunub.