“NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir”
“NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir”. AYNA xəbər verir ki, bu sözləri NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dünən keçirilən görüşünə deyib.
Kolomina “X” mikrobloqunda qeyd edib ki, Ceyhun Bayramovla NATO-Azərbaycan ikitərəfli əməkdaşlığı və sülh danışıqlarının inkişafı məsələlərini müzakirə ediblər: “NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını və uzunmüddətli sülh sazişinin bağlanmasını qətiyyətlə dəstəkləyir”, - Kolomina qeyd edib.