Kolleclərə ixtisas seçimi başa çatıb

Xəbərlər

14.09.2020 - 11:07

cedabet dərman SEO Xidməti

İxtisas seçimində 10 min 958 abituriyent iştirak edib

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçiminin sentyabrın 3-dən 13-ü saat 23:59-dək aparılması nəzərdə tutulurdu. Lakin ixtisas seçimi 14 sentyabr səhər saatlarına qədər uzadılıb və saat 10:00-da başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən AYNA-ya bildirilib ki, ixtisas seçimində 10958 (Azərbaycan bölməsi -10745, rus bölməsi -213) abituriyent iştirak edib.

 

Bu gün ixtisas seçimi etmiş abituriyentlərin yerləşdirilməsi aparılacaq və müsabiqənin nəticələri axşam saatlarında elan olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş