Kobaxidze WUF13-də iştirak etmək üçün Azərbaycana səfər edib

Xəbərlər

18.05.2026 - 11:19

Gürcüstan Baş naziri tədbirdə çıxış edəcək

Gürcüstan Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfərə yollanıb.

AYNA.AZ xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

Kobaxidze tədbirdə çıxış edəcək.

Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.

Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, daxili işlər naziri Sulxan Tamazaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş