“Çünki orada kobud qanun pozuntuları qeydə alınıb”
“Moldovada keçirilən seçkiləri araşdırmaq lazımdır. Çünki orada kobud qanun pozuntuları qeydə alınıb”. AYNA gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Seçkiləri haradasa araşdırmaq lazımdırsa, məsələn, Moldovada araşdırılsın. Moldovada seçki prosesi zamanı kifayət qədər kobud qanun pozuntularının olmasına baxmayaraq, orada heç bir araşdırma aparılmadığını görürsünüz”, - Kobaxidze gürcü jurnalistlərə bildirib.
Gürcüstan hökumətinin başçısı noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkiləri mövzusuna da toxunub. Onun sözlərinə görə, ABŞ-ın bəzi ştatlarında səsvermənin gizliliyinin pozulması halları, eləcə də bir neçə seçicinin şəxsiyyət vəsiqəsi olmadan səs verməsi halları qeydə alınıb.
Kobaxidzenin sözlərinə görə, oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı Gürcüstanda analoji heç nə qeydə alınmamasına baxmayaraq, respublika prokurorluğu hələ də mümkün seçki saxtakarlığı ilə bağlı araşdırma aparır.