Kobaxidze: "Gürcüstan ABŞ və İran arasında atəşkəsi alqışlayır"

Dünya

09.04.2026 - 16:15

“Ümid edir ki, bu addım gərginliyin azaldılmasına və regionda davamlı sülhün təmin edilməsinə töhfə verəcək”

“Gürcüstan ABŞ ilə İran arasında atəşkəsin elan edilməsini alqışlayır və bunu mümkün edən effektiv vasitəçilik səylərini təqdir edir". AYNA.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial media platforması “X”də yazıb.

Hökumət başçısı ümid edir ki, “bu addım gərginliyin azaldılmasına və regionda davamlı sülhün təmin edilməsinə töhfə verəcək”.

“Ümid edirik ki, bu addım gərginliyin azaldılmasına töhfə verəcək və regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün daha da diplomatik əlaqələri təşviq edəcək", - Kobaxidze bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş