Gürcüstanın Baş naziri tədbirdə iştirak etmək üçün dəvət almayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 19-dan 23-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Baş nazir tədbirdə iştirak etmək üçün dəvət almayıb.
Hökumət administrasiyası Kobaxidzenin foruma dəvət olunmadığını təsdiqləyib.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti ötən ilki Davos Forumunda iştirak etməyib. Qonşu ölkə sonuncu dəfə bu beynəlxalq tədbirdə 2024-cü ildə təmsil olunub.