Kiyevdə Zelenski ilə Sandu arasında görüş olub

Dünya

26.04.2026 - 22:09

Prezidentlər Ukrayna və Moldovanın təhlükəsizliyi və Avropaya inteqrasiyasını müzakirə ediblər

Kiyevdə keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və onun moldovalı həmkarı Maya Sandu bir sıra ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də iki ölkənin Avropaya inteqrasiyasını müzakirə ediblər. AYNA.AZ xəbər verir ki, Zelenski bu barədə “Telegram”da yazıb.

Sandu Çernobıl fəlakətinin 40-cı ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün 26 apreldə Kiyevə gəlib.

Görüş zamanı Ukrayna və Moldova prezidentləri təhlükəsizlik, sərhədyanı əməkdaşlıq, infrastrukturun qorunması və inkişafı, eləcə də enerji məsələlərini müzakirə ediblər.

Liderlər həmçinin iki ölkənin Aİ üzvlüyü istiqamətində birgə səylərinə diqqət yetiriblər.

Zelenski yazıb: "Hazırda altı klasterin hamısının tez bir zamanda açılmasını və Avropa İttifaqına üzvlüyün bizim üçün - Ukrayna, Moldova və bütün Aİ üçün ortaq bir uğura çevrilməsini təmin etmək üçün çalışırıq".

Prezident vurğulayıb ki, Ukrayna təhlükəsizlik məsələlərində, xüsusən də Dnestryanı bölgəsində Moldovaya dəstək verməyə davam edəcək. O həmçinin Rumıniya ilə üçtərəfli əməkdaşlıq formatlarını inkişaf etdirməyə hazır olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş