Kəngərlidə qəza olub

Hadisə

01.02.2026 - 21:38

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş