Kelloqun Ukraynaya səfərinəı Kremldən reaksiya

Dünya

14.07.2025 - 16:55

Dmitri Peskov: “Kelloqun Kiyevdə vasitəçi kimi xidmətini davam etdirməsi Rusiya üçün vacibdir”

“Rusiya ümid edir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə bir həftəlik səfər zamanı vasitəçi kimi xidmətini davam etdirəcək və Ukraynaya hərbi yardımı davam etdirməkdə israr etməyəcək”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Cənab Kelloqun Prezident Donald Trampın komandasının nümayəndəsi kimi Rusiya-Ukrayna nizamlanması çərçivəsində vasitəçilik səylərini davam etdirməsi bizim üçün son dərəcə vacibdir”, - Kreml nümayəndəsi bildirib.

Eyni zamanda, Peskov qeyd edib ki, Rusiya tərəfinin Kelloqun Ukraynaya səfərindən konkret gözləntiləri yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş