Kəlbəcərdə yük maşını çaya aşıb

Hadisə

26.06.2025 - 13:12

cedabet dərman SEO Xidməti

Hadisə nəticəsində sürücü ölüb

Kəlbəcərdə ölümlə nəticələn yol qəzası baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb.

Tovuz rayon sakini, “DKT” İnşaat şirkətində sürücü vəzifəsində işləyən, 1998-ci il təvəllüdlü O.Mustafayev idarə etdiyi “HOWO” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.

Nəticədə O. Mustafayev hadisə yerinə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş