Kəlbəcərdə vəziyyət gərginləşib, qarşı tərəflə bağlı tədbirlər görülür - RƏSMİ

Siyasət

11.01.2022 - 20:44

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş