Kəlbəcərdə kişi qayadan yıxılaraq ölüb

Hadisə

15.08.2025 - 12:13

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Məlumata görə, Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü U. Verdiyev, kənd ərazisində ehtiyatsızlıqdan qayadan yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş