Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb: hərbçilərimiz xəsarət alıblar

Hadisə

06.08.2025 - 11:32

Ordumuzun dörd hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb. Müdafiə Nazirliyindən AYNA.AZ-a verilən xəbərə görə, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.

Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş