Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Hadisə

22.12.2024 - 14:40

Həkimlər Klinikalar SEO Xidməti

Qəza yolun buzlu olması səbəbindən baş verib

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın məlumatına görə, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş