Keçmiş məhkum tutulub

Xəbərlər

14.07.2025 - 10:54

Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Vladimir Zubkov saxlanılıb.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş