Keçmiş məhkum ödəmə terminalından oğurluq edib

Hadisə

29.07.2023 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Eyyub Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun Pirşağı qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 2176 manat pul oğurlaması müəyyən olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş