Keçmiş icra başçısı vəfat edib

Xəbərlər

29.12.2019 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

O, ömrünün son illərini Almaniyada mühacirətdə keçirib

 

Milli Azadlıq Hərəkatının fəallarında olmuş, 1992-93-cü illərdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Rafiq Həsən vəfat edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu məlumat paylaşıb.

 

“Bu ilin son qara xəbəri Almaniyadan gəldi. Əqidə dostumuz, gözəl ziyalı və şair, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Məşvərət Şurasının üzvü, Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan, 1992-93-cü illərdə Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Rafiq Həsən vaxtsız vəfat edib. Ömrünün son illərini Almaniyada siyasi mühacir həyatı yaşayan Rafiq Həsən qürbətdə Vətən həsrəti, qəriblik dərdi ilə alışıb-yanan, dərdi içindən, kədərin köynəyindən keçən dəyərli söz adamı və əsl demokrat idi. Onu şükranlıqla, həsrətlə və heyranlıqla xatırlayacagıq, xatirəsini daim əziz tutacağıq. Azərbaycan Demokratiya və Rifah Hərəkatı üzvləri adından ailəsinə, əzizlərinə, dostlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin”, - deyə İbadoğlu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş