Konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, o çirkli pulların yuyulmasında da ittiham olunub
Erməni müstəntiqləri həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyana qarşı ittihamlar əlavə edib. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, o çirkli pulların yuyulmasında da ittiham olunub.
“Bu yaxınlarda Samvel Karapetyan heç bir əsas olmadan bir neçə şirkətin fəaliyyəti nəticəsində çirkli pulların yuyulmasında ittiham olunub”, - deyə Karapetyanın komandası bu ittihamı siyasi təqib adlandırıb.