Karantin rejimini pozan çayxana aşkarlanıb

Xəbərlər

22.02.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Obyekt sahibi və müştərilər cərimələniblər

 

Samux rayonunda karantin rejimini pozan çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

 

Obyekt sahibi Xaliq Kərimov və müştərilər Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş