Karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb

Xəbərlər

18.12.2021 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejiminə əməl olunması ilə bağlı monitorinqlər davam edir

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş