Kamran Əliyev Lənkəranda vətəndaşları qəbul edəcək

Xəbərlər

29.05.2025 - 18:35

cedabet dərman SEO Xidməti

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və rayona gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək

Baş prokuror Kamran Əliyev iyunun 3-də Lənkəranda vətəndaşları qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Baş prokuror Kamran Əliyev iyunun 3-də, saat 10:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Astara və Lerik rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş