Kamboca qoşunları Çonq Bok ərazisinə minaatandan atəş açıb
Kamboca Ubon Ratçatani əyalətindəki Tayland qoşun mövqelərini atəşə tutaraq Taylandla sərhəd münaqişəsində atəşkəsi pozub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tayland Silahlı Qüvvələrinin və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu Kamboca ilə Sərhəd üzrə Tayland Birgə Mətbuat Mərkəzinin açıqlamasında qeyd edilib.
"Kamboca 6 yanvar saat 7:25-də (Bakı vaxtı ilə səhər 4:25) atəşkəsi pozub. Kamboca qoşunları Çonq Bok ərazisinə minaatandan atəş açıb. Hadisə nəticəsində bir Tayland əsgəri qəlpə yaraları alıb", - deyə açıqlamada bildirilib.