"Bir rejimin devrilməsi üçün ölkə daxilində alternativə ehtiyac var”
“Brüssel İran vətəndaşlarını İslam Respublikasında hökuməti devirmək cəhdlərində dəstəkləyir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransında deyib.
"Bir rejimin devrilməsi üçün ölkə daxilində alternativə ehtiyac var. Buna görə də Aİ vətəndaş cəmiyyətini fəal şəkildə dəstəkləyir", - deyə Aİ rəsmisi qeyd edib.
Eyni zamanda, Kallas vurğulayıb ki, "İran rejiminin süqut edib-etməyəcəyi hələlik bəlli deyil".
Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin İranda hökumət əleyhinə etirazların yatırılması ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyalar paketi hazırladığını açıqlamışdı.