Kalimantan sahillərində 7 bal gücündə zəlzələ olub

Dünya

23.02.2026 - 10:59

Seysmik mərkəz 620 kilometr dərinlikdə yerləşib

Kalimantan adası yaxınlığındakı sularda 7 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzinin məlumatında qeyd edilib.

Zəlzələ Pekin vaxtı ilə saat 00:57-də qeydə alınıb. Seysmik mərkəz 620 km dərinlikdə yerləşib.

Mütəxəssislərin məlumatına görə, zəlzələnin episentri 6.95 dərəcə şimal enliyində və 116.20 dərəcə şərq uzunluğunda yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş