Jurnalistləri hədələyən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib

Xəbərlər

05.06.2021 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Kəmaləddin Heydərov jurnalisti hədələyən Araz Musayevi işdən çıxarıb

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

 

Bu barədə AYNA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş