Onların yaşadığı yerə OMON dəstələri basqın edib
“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər.” AYNA.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib.
Seyfəddin Hüseynli bildirib ki, qardaşları Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb.
Qeyd edək ki, dünən Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.
Seyfəddin Hüseynli 525-ci” qəzetin baş redakorunun müavinidir .