Türkiyədə baş verən zəlzələ ilə bağlı son məlumatlar açıqlanıb
Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.
"Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.