İyulda azad edilmiş ərazilərdə 1028 partlamamış hərbi sursat zərərsizləşdirilib

Xəbərlər

01.08.2022 - 18:02

cedabet dərman SEO Xidməti

ANAMA minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyulun 1-dən 31-dək Kəlbəcər, Tərtər, Xocalı, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 6,903,27 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş