“Sahilimizdə və bütün İtaliyada ən məşhur turistik yerlərdən biri yoxa çıxır"
İtaliyanın məşhur yeri olan "Sevgililər tağı" kimi tanınan Sant'Andrea qayası pis hava şəraiti və dəniz eroziyası səbəbindən çöküb. AYNA.AZ xəbər verir ki, bu barədə yerli "Corriere Salentino" qəzeti Melendugno şəhərinin meri Maurizio Cisterninoya istinadən məlumat yayıb.
"Bu, ürəklərə dəhşətli bir zərbədir. “Sevgililər Günü”ndə hamımız üçün ürəyə dəyən bu kədərli xəbərlə oyandıq. Sahilimizdə və bütün İtaliyada ən məşhur turistik yerlərdən biri yoxa çıxır", - deyə mer bildirib.
Qeyd olunub ki, güclü küləklər və yağışlar dağılmaya və qayanı məhv edən eroziyanın sürətlənməsinə səbəb olub. Geoloqlar bu hadisənin ekoloji narahatlıqlar doğurduğunu, sahil xəttinin 53%-nin eroziya riski altında olduğunu və bölgədə artıq 839 sürüşmənin qeydə alındığını bildirirlər.
Mütəxəssislər qeyd ediblər ki, torpağın daha da çökməsinin qarşısını almaq üçün monitorinq və təhlil yolu ilə sabitləşdirmək lazımdır.