5,7 bal gücündə zəlzələ Rimini sahillərində baş verib
İtaliyada zəlzələ baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, Rimini sahillərində baş verən zəlzələ 5,7 bal gücündə olub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) episentri Riminidən 63 kilometr aralıda olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Zəlzələ paytaxt Roma da daxil olmaqla, Toskana, Pesaro, Florensiya və Boloniyada da hiss olunub.
İnsan tələfatı, xəsarət alan və ya maddi ziyan barədə məlumat verilməyib.