"Çıxarışları yoxlanılır, saxtakarlıq aşkar edilərsə, viza verilməsindən imtina olunur"
Rusiya vətəndaşlarından İtaliyaya Şengen turist vizası üçün müraciətdə Avropa bank hesabından çıxarış tələb olunmur. AYNA "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə İtaliyanın Moskvadakı səfirliyi məlumat yayıb.
“İtaliya Avropa hesabından çıxarış tələb etmir. Bununla belə, İtaliya ölkədə qalma xərclərini ödəmək üçün kifayət qədər maliyyə vəsaitinin aydın sübutunu tələb edir”, - səfirlik izah edib.
Qeyd edilib ki, bank çıxarışları yoxlanılır, saxtakarlıq aşkar edilərsə, viza verilməsindən imtina olunur.
Qeyd edək ki, Almaniyaya Şengen vizası almaq üçün ruslar Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən bankdan çıxarış təqdim etməlidirlər.