İstirahət mərkəzində güclü yanğın olub

Xəbərlər

01.02.2024 - 10:53

Meşə zolağı yanğından mühafizə olunub

Lerik rayonu Sivəkəran kəndində yerləşən istirahət mərkəzində yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 kvadratmetr olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 kvadratmetr olan 3 ədəd kottecdən sahəsi 34 kvadratmetr olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.  Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş