İstehlaka yararsız süd məhsulları məhv edilib

Xəbərlər

11.02.2022 - 15:58

Məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, “Az FP Co LTD” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 74 adda, ümumi çəkisi 11429,38 kiloqram müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş