Qadağanın üç ay müddətində qüvvədə olacağı qeyd edilib
İstanbulda meşə yanğınları ilə əlaqədar atəşfəşanlıq və digər tez alışan pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib.
AYNA.AZ “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul administrasiyası yayıb.
Qadağanın üç ay müddətində qüvvədə olacağı qeyd edilib.
"Meşə yanğınlarına qarşı mübarizə tədbirləri çərçivəsində iyunun 23-dən oktyabrın 15-dək meşə ərazilərinə giriş qadağan edilib. Bundan başqa, İstanbulda 29 iyul - 28 oktyabr 2025-ci il tarixlərində atəşfəşanlıq, məşəl və digər partlayıcı və tez alışan maddələrin satışı və istifadəsi qadağan edilib", - məlumatda vurğulanıb.
Qadağaya əməl etməyən müəssisə və fiziki şəxslər barəsində qanuni tədbirlərin görüləcəyi də bildirilib.