İsrail Qəzzaya zərbə endirib: həlak olanlardan beşi jurnalistdir

Dünya

25.08.2025 - 16:59

İsrail xəstəxananın niyə hədəfə alındığını açıqlamayıb

İsrail ordusu Qəzzadakı Nasser xəstəxanasına zərbə endirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, zərbə nəticəsində 20 nəfər ölüb.

Həlak olan 20 nəfərdən 5-i jurnalistdir.

İsrail ordusu xəstəxanaya zərbə endirdiyini etiraf edib və məsələ ilə bağlı araşdırmaya başlayıb.

İsrail xəstəxananın niyə hədəfə alındığını açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş