Livanın Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyətə çağırış edib
İsrailin xəstəxananın ətrafındakı əraziyə endirdiyi hava zərbəsi nəticəsində Livanın cənubundakı Tir şəhərindəki Hiram Xəstəxanasının ən azı 13 işçisi yaralanıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Livanın Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, zərbə xəstəxanaya bitişik ərazini hədəf alıb. Binaya ciddi ziyan dəyib.
Livan Səhiyyə Nazirliyi xəstəxananın tibb işçilərinə dəstəyini ifadə edərək, davam edən təhlükəsizlik təhdidinə baxmayaraq əhaliyə tibbi yardım göstərməyə davam etdiklərini qeyd edib.
Nazirlik həmçinin beynəlxalq ictimaiyyəti İsrail hücumlarının artan miqyası və “beynəlxalq humanitar hüquqa hörmətsizlik” olduğunu bildirərək, onların qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.