Əməkdaşlığı gücləndirmək və möhkəmləndirmək məqsədilə birgə təlim keçirilib
İsrailin Azərbaycandakı səfirliyi və Azərbaycanın təhlükəsizlik qüvvələri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və möhkəmləndirmək məqsədilə birgə təlim keçirib.
AYNA bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Twitter” hesabında məlumat yerləşdirilib.
“Biz Azərbaycanın təhlükəsizlik qüvvələrinə davamlı fədakarlıq və qətiyyətə görə təşəkkür etmək istəyirik”, - deyə qeyd edilir.


