Yəməndən atılan raket İsrailin hava məkanına daxil olmadan vurulub
Qırmızı dəniz istiqamətindən İsrailə istiqamətlənən raket vurulub. AYNA xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketin Yəmən istiqamətindən İsrailə uçduğu bildirilib.
Qeyd olunub ki, raket İsrailin hava məkanına daxil olmadan vurulub.